SİYASƏT


Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edəcək

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

Sentyabrın 2-də Latviya Prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işi, gələcək fəaliyyət planları, həyata keçiriləcək yeni layihələr, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə olunacaq.

Bundan başqa, 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır. Görüşdə Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin digər həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Təşkilatın İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və başqaları iştirak edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin Latviya parlamentində və digər dövlət qurumlarında görüşlər keçirməsi planlaşdırılıb.

Latviya hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq artıq bir neçə ildir davam edir. 2015-ci ilin mayında Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına həsr olunan Ali səviyyəli toplantısı keçirilib.

Qeyd edək ki, Raymonds Veyonis 2015-ci ilin iyunundan Latviyanın dövlət başçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.