SİYASƏT


Latviya Seyminin sədri Azərbaycana səfərə gəlib

A+ A

Bakı, 2 oktyabr, AZƏRTAC

Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Seyminin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

İnara Murnietse aeroportda jurnalistlərə müsahibəsində dost ölkə olan Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib. O deyib ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparmaqdır. Latviya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən sədr səfəri çərçivəsində dövlət və hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirəcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.