DÜNYA


Latviya istehsalı olan “Ausma” filmi “Oskar”a namizəd göstərilib

A+ A

Riqa, 2 oktyabr, AZƏRTAC

Rejissor Layla Pakalninin “Ausma” filmi Latviya tərəfindən “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına namizəd göstərilib.

Kinematoqrafiya elmləri magistri, Riqa Kino Muzeyinin rəhbəri Zane Balçus jurnalistlərə müsahibəsində “Ausma” filminin dörd meyara görə ən yüksək bədii dəyərə malik olduğunu bildirib.

O hesab edir ki, emosional deyil, intellektual zövq təklif edən, səbirli tamaşaçıya hesablanan bu film bir növ dünyaya çoxmənalı rəmzi müraciətdir, amma filmin tamaşaçıya verdiyi böyük zövq hissi buna dəyər.

Amerika Kino Akademiyasının 2016-cı ilin ən yaxşı filmlərinə “Oskar” mükafatının təqdim edilməsi ilə əlaqədar 89-cu mərasim 2017-ci il fevralın 26-da Los-Ancelesdə keçiriləcək. “Oskar”a namizəd filmlərin adları 2017-ci il yanvarın 24-də açıqlanacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.