MƏDƏNİYYƏT
Latviya studiyasının Bakıda yaratdığı muzey Avropanın ən yaxşı muzeyi adına namizəddir
Riqa, 3 mart, AZƏRTAC
Qız qalasında Latviyanın “Dd studio” müəssisəsinin yaratdığı muzey “Avropa muzeyi -2015” mükafatına namizəd irəli sürülüb.
“Dd studio”nun yeni ekspozisiyası UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Qız qalasının səkkiz mərtəbəsində yerləşdirilib.
Mükafatı Avropa Komissiyasının himayəsi altında işləyən Avropa Muzey Forumu verir. Ən yaxşı sifarişlər ikinci tura keçəcək. Bu il müsabiqədə 21 ölkədən 42 yeni muzey, o cümlədən Amsterdamda “Rijksmuseum” Milli İncəsənət Muzeyi, Marselin Avropa və Aralıq Dənizi Sivilizasiyaları Muzeyi, Belfastın “Titanik” muzeyi iştirak edir.
Mükafatlar mayın ortalarında Qlazqoda təqdim olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]