DÜNYA


Latviyada ilk süni peyk uğurla orbitə çıxarılıb

Riqa, 24 iyun, AZƏRTAC 

Latviyada “Venta-1” adlı ilk süni peyk uğurla orbitə çıxarılıb. Bu barədə Ventspils ali məktəbinin nümayəndəsi Aqnese Yekabsone məlumat verib.

“Venta-1” peyki Yer kürəsinin aşağı orbitində (LEO), təxminən 505 kilometr yüksəklikdə uçacaq. Peyk sutka ərzində Yerin ətrafında 16 dəfə dövrə vuracaq, lakin ondan gələn siqnalları həmişə qəbul etmək mümkün olmayacaq. Bu siqnallar gündə 2-3 dəfə, hər dəfə təxminən 10 dəqiqə ərzində yaxşı qəbul ediləcək.

Ventspils ali məktəbinin komandası peykin buraxılmasını öz radiostansiyasında birbaşa efirdə izləyib. “Venta-1” peykindən gələn siqnallar da həmin radiostansiyada qəbul ediləcək, layihənin baş əlaqələndiricisi Ayqar Krauze isə bu tarixi hadisədə şəxsən iştirak etmək üçün Hindistana yola düşüb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.