SİYASƏT


Latviyanın sabiq Baş naziri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Milli Məclisin deputatı Qənirə Paşayeva Latviyanın sabiq baş naziri Laimdota Straujuma ilə görüşündə ona ölkəmizlə bağlı həqiqətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanın Latviya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verdiyi qeyd edilib. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləyən Q.Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də güclənməsinin vacibliyini vurğulayıb. Q.Paşayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də danışıb. O, həmçinin Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı XX əsrin əvvəllərində və sonlarında törətdiyi soyqırımları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və materialları sabiq Baş nazirə təqdim edib.

Latviyanın sabiq Baş naziri Laimdota Straujuma ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu söyləyib.

Görüşdə Azərbaycanda qadın hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.