CƏMİYYƏT
Latviyanın sabiq Prezidenti Valdis Zatlers: Bakı Qlobal Forumu əsas qlobal çağırışlara dair fikir mübadiləsi üçün səmərəli məkandır
Bakı, 17 mart, AZƏRTAC
Artıq ənənəyə çevrilmiş V Bakı Qlobal Forumunda dünyanın bir sıra ölkələrinin indiki və sabiq dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər və ictimai xadimlər fikir və təcrübə mübadiləsi aparırlar.
Bakıda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş V Bakı Qlobal Forumunun iştirakçılarından biri – Latviyanın sabiq Prezidenti Valdis Zatlers bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
V.Zatlers deyib: “Bakı Qlobal Forumu əsas qlobal çağırışlara dair fikir mübadiləsi üçün səmərəli məkandır. Forumun ənənəvi və uğurlu olması qanunauyğun haldır. Bu gün nüfuzlu siyasətçilər, ictimai xadimlər qlobal çağırışları müzakirə etmək üçün Bakıda toplaşıblar. Zamanın tələblərinə uyğun olaraq Forumun gündəliyi hər dəfə yeniləşir ki, bu da çox vacib məqamdır”.