ELM VƏ TEXNOLOGİYA


Lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Almaniyanın Aviasiya və Kosmonavtika Mərkəzi boş ərazidə lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınması barədə məlumat verib.

AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, sınaqlar zamanı xüsusi hazırlanmış avadanlığın tətbiqi ilə təxminən 10,5 kilometr məsafəyə informasiyanın ötürülməsinə müvəffəq olunub. Bu halda əlaqə kanalının ötürücülük qabiliyyəti 1,72 Tbit/s-ə çatıb.

Alman tədqiqatçılarının bu nailiyyəti ucqar regionların yüksək sürətli internetlə təmini üçün yeni perspektivlər açır. Güman edilir ki, lazer sistemi geostasionar peyklərlə əlaqənin qurulmasında istifadə oluna bilər.

Qeyd edək ki, bu texnologiyanın təcrübədə tətbiqindən əvvəl lazer şüaları yerin atmosferindən keçərkən əlaqə kanalının sabitliyinin təminatı istiqamətində işlər aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.