DÜNYA


Le Korbyuzye evləri UNESCO-nun siyahısına daxil ediləcək

A+ A

Berlin, 18 iyul, AZƏRTAC

Almaniya Ştutqartın Vaysenhof qəsəbəsində fransalı arxitektor Le Korbyuzye tərəfindən layihələndirilən iki binanın UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsinə müvəffəq olub. UNESCO komissiyası həmin binaları Le Korbyuzyenin yeddi ölkədə yerləşən digər tikililəri ilə bərabər həmin siyahıya daxil edib. Bu barədə qərar iyulun 17-də İstanbulda qəbul edilib. UNESCO komissiyası həmin qərarı iyulun 16-da qəbul etmək istəyirdi, amma Türkiyədə dövlət çevrilişinə cəhdə görə iclası dayandırmalı oldu.

Le Korbyuzyenin tikililərinin Dünya Mədəni İrsi siyahısına daxil edilməsi xahişi ilə vəsatətə iki dəfə rədd cavabı verilib. Le Korbyuzyenin Vaysenhof qəsəbəsindəki iki binası Almaniyadan olan yeganə nominasiya idi.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.