CƏMİYYƏT


Lee Tammeməe: Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimizin genişləndirilməsində maraqlıyıq

A+ A

Tallinn, 6 oktyabr, AZƏRTAC

Azərbaycana səfər Estoniya həkimləri üçün çox maraqlı idi. Bu sözləri Şərgi Tallinn Mərkəzi klinikasının ginekologiya şöbəsinin müdiri Lee Tammeməe AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Səfərin əsas məqsədi yerli səhiyyə sistemi ilə tanış olmaq və həmçinin Estoniya səhiyyə xidmətlərinin Azərbaycanda tətbiq etmək üçün yolları araşdırmaq idi.

Lee Tammeməe qeyd edir ki, Estoniyalı həkimlər Bakıda həm özəl, həm də dövlət klinikalarla tanış oldular. Onun sözlərinə görə, tibb müəssisələrinin əksəriyyəti təmirli və yüksək texnologiya ilə təchiz olunmuşdur.

“Reproduktiv Sağlamlıq mərkəzi professional cəhətdən məni yaxşı mənada çox təəccübləndirdi. Burada çalışan üç həkimin fəaliyyəti ilə tanış oldum, onların xəstələri ilə münasibəti və sonrakı taleyi ilə belə maraqlanmasını çox bəyəndim”, - L.Tammeməe deyib.

Estoniya heyətinə məlumat verilmişdi ki, Azərbaycanın Türkiyə həmkarları ilə əlaqələri çox genişdir və Türkiyə səhiyyə sistemi dünyada güclü səhiyyə sistemlərindən biridir. L.Tammeməe qeyd etdi ki, belə geniş əlaqələrin olması Azərbaycan səhiyyəsi üçün müsbət haldır.

“Çox ümid edirəm ki, Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimiz bundan sonra daha geniş olacaq. Bu yaxınlarda biz artıq Azərbaycandan nümayəndə heyətini Tallinndə gözləyirik”, - şöbə müdiri qeyd etdi.

L.Tammeməe paytaxtımızdan heyran olduğunu gizlətmədi. Onun sözlərinə görə, Bakı şəhərinin gözəlliyi onu çox valeh etdi. Estoniyalı həkim dedi: “Müasir Bakı məni heyran etdi. İlk dediyim bu oldu ki, bəlkə biz Sinqapurdayıq. İnsanları isə çox mehriban, qonaqpərvər və gülərüzdürlər. Azərbaycana səfərimdən çox razı qaldım”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.