İQTİSADİYYAT


Ləğv edilən "Bank Standard"ın ipoteka portfelinin bir hissəsi "NBCBank"a ötürülüb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

"Azərbaycan İpoteka Fondu" ASC ilə "NBCBank" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, "Bank Standard"ın ipoteka portfelinin bir hissəsi "NBCBank"a ötürülüb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bundan sonra "NBCBank" ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 30 sentyabr tarixli qərarına əsasən lisenziyası ləğv edilmiş "Bank Standard"ın ipoteka kreditləri üzrə portfelinin ötürülmüş hissəsinin idarə olunmasını həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanın bank sektorunun ilk banklarından olan "NBCBank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Eyni zamanda, "NBCBank" ASC 2011-ci ildən "Azərbaycan İpoteka Fondu"nun üzvüdür və minə yaxın ipoteka müştərisinə xidmət edir. Hazırda bankın ölkə ərazisində 11 filialı və 1 şöbəsi, hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.