İQTİSADİYYAT


Ləğv prosesində olan 4 bankın bəzi əmlakları satışa çıxarılıb

Bakı, 30 iyun, AZƏRTAC

Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb.

AZƏRTAC Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsi, "Royalbank" ASC-nin balansında olan qeyri-yaşayış binası, həmçinin "Royalbank" ASC-nin balansında olan avtomobil, "Gəncəbank" ASC-nin balansında olan qeyri-yaşayış binası, eyni zamanda "Atra Bank" ASC-nin balansında olan 7 ədəd bankomat hərrac yolu ilə satışa çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.