İQTİSADİYYAT


Ləğv prosesində olan "Kredobank" ASC barəsində iflas proseduruna başlanılıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, fond iyulun 25-dən ləğv prosesində olan "Kredobank" ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.