CƏMİYYƏT


Ləhiş-Kürdəxanı massivində antisanitar mühitin aradan qaldırılması üçün tədbirlər görülür

Bakı, 24 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən həmin ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı son illər həmin əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxananın yaranması məlum olub. Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı Bələdiyyəsinə müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə məktub göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.