REGİONLAR
Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq
Astara, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində reabilitasiya şəraiti ən müasir tələblərə uyğun qurulacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astarada jurnalistlərə müsahibəsində bildirib.
Ötən il və bu ilin altı ayında Lənkəran Regional Bərpa Mərkəzində 426 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərildiyini deyən S.Müslümov əlilliyi olan şəxslər üçün dövlətimizin başçısının tapşırığı ilə bir sıra bərpa müalicəsi müəssisələrində artıq yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradıldığını bildirib: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələcəkdə digər bərpa mərkəzlərində, o cümlədən Lənkəran Regional Bərpa Mərkəzində də reabilitasiya şəraitinin ən müasir tələblərə uyğun qurulması təmin ediləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]