ELM VƏ TƏHSİL
Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri tədqiq olunur
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Nəzakət Abasova “Lənkəran-Astara bölgəsinin subtropik bitkilərinin zərərvericiləri” tədqiqat işi üzrə zəngin bitki örtüyünə malik Lənkəranda ekspedisiyada olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiya bitki örtüyü müxtəlif ağac və kol bitkilərindən - limon, naringi, dəfnə, muşmula, xurma, alma, gilas, heyva, kivi, çay, feyxoa, moruq, böyürtkən, lobya, balqabaq, xiyar, badımcandan ibarət ərazidə təşkil olunub.
N.Abasova ekspedisiya müddətində Lənkəran rayonunun Şiləvar, Digah, Velədi, Kərgəlan, Viyən, Gərmətük, Sütəmurdov kəndlərində sitrus bitkilərinə baxış keçirib. O, həmçinin bitkilərə zərər yetirən bəzi zərərverici həşəratlar üzərində müşahidələr aparıb və onlardan nümunələr toplayaraq bioloji xüsusiyyətlərini aşkarlamaq üçün laboratoriyaya gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]