REGİONLAR


Lənkəran Bölgə Təcrübə Stansiyasının əkin sahələrində 11 tədqiqat işi nümayiş etdirilib

Lənkəran, 13 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Bölgə Təcrübə Stansiyasının əkin sahələrində mövsümlə əlaqədar olaraq 11 tədqiqat işinin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim-professor heyəti, yerli mütəxəssislər və fermerlər iştirak ediblər.

Rayonda tərəvəzçilik sahəsində çalışan fermerlərlə keçirilən görüşdə çıxış edən Lənkəran Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov bildirib ki, ötən ildən stansiyada tərəvəz bitkilərinin 65 növ nümunəsi üzərində 9 elmi-tədqiqat işi aparılır. Stansiyanın ərazisində 54 ton buğda, 10 ton soğan, 33,6 ton pomidor, 21 ton xiyar, 7 ton yonca, 150 kiloqram sarımsaq və 450 kiloqram badımcan istehsal olunub.

Tədbirdə Lənkəran Regional Aqrar Elm Mərkəzinin direktoru Teyyub Rzayev çıxış edərək, aqrar bölmədə əldə olunan nailiyyətlərdən, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan danışıb, kənd təsərrüfatının, xüsusilə toxumçuluğun bundan sonra da diqqət mərkəzində olacağını bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun professoru Əlisultan Babayev sortdəyişmənin təyini, sortların cırlaşma səbəbləri, məhsuldar sortun qorunub saxlanılması üçün lazımi şəraitin yaradılması, toxumların fermerlərə paylanılması kimi məsələlərdən danışıb. Qeyd edib ki, artıq bu günə kimi 23 sort rayonlaşdırılıb.

Daha sonra Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasında əkilmiş tərəvəz toxumu yetişdirilən sahələrə baxış keçirilib.

Sahələrlə tanışlıq zamanı fermerlərə tövsiyələr verilib, bol məhsul əldə etmək üçün kompleks aqrotexniki tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.