REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı İranda qastrol səfərində olacaq

A+ A

Lənkəran, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

AZƏRTAC xəbər verir ki, teatrın kollektivi dekabrın 1-dən 7-dək İranın Rəşt şəhərində Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək.

İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, kəşməkəşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur.

Tamaşada əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.