REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə “Əsrlərin harayı” tamaşası ilə başlayacaq

A+ A

Lənkəran, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı sentyabrın 23-də 126-cı mövsümünə başlayacaq.

AZƏRTAC xəbər verir ki, yeni teatr mövsümünün ilk günündə sənətsevərlərə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rolları Əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqaları ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.