MƏDƏNİYYƏT


Lənkəran Dövlət Dram Teatrı yeni səhnə əsərinin premyerasına hazırlaşır

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Noyabrın 2-də N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 126-cı teatr mövsümündə növbəti səhnə əsərinin premyerası ilə teatrsevərlərin görüşünə gələcək. Belə ki, sənət ocağında M.F.Axundzadənin “Hacı Qara” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda hazırlanacaq. Tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, musiqi tərtibatçısı isə Zəminə Əliyevadır.

Tamaşada rolları teatrın aktyorları canlandıracaq. Ciddi satira üzərində qurulmuş, eyni zamanda maraqlı məqamlarla zəngin olan səhnə əsəri Azərbaycan klassikasına layiq şəkildə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.