MƏDƏNİYYƏT


Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa hazırlanır

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni mövsümdə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, teatrın direktoru Tofiq Heydərov yeni mövsümdə həyata keçiriləcək bir sıra layihələrlə yanaşı, ötən mövsümün sənət ocağı üçün uğurlarından da söz açıb.

Bildirilib ki, teatrın yaradıcı kollektivi İranın paytaxtında keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə ölkəmizi uğurla təmsil edib. Bundan əlavə, teatrın yaradıcı heyətinin Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, paytaxt sakinləri qarşısında iki səhnə əsəri ilə hesabat xarakterli çıxışı da yaddaqalan olub.

Diqqətə çatdırılıb ki, ötən mövsümdə teatrda Əli Əmirlinin “Köhnə ev” və Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşaları səhnəyə qoyulub.

Teatrın direktoru qeyd edib ki, yaxın günlərdə rəhbərlik etdiyi sənət ocağının yaradıcı kollektivi “Yuğ” teatrının baş rejissoru Gümrah Ömərun quruluşunda M.F.Axundzadənin “Hacı Qara” və teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda italyan dramaturqu L. Luidjinin “Yelləncəkdə üç nəfər” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqlərinə başlayacaq.

Teatr, həmçinin qonşu İran İslam Respublikasına qastrol səfərinə də hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.