MƏDƏNİYYƏT


Lənkəran Dövlət Dram Teatrında yeni iki tamaşa hazırlanır

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi iki yeni səhnə əsəri hazırlayır.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşalardan biri Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası əsasında səhnələşdirilir, digəri isə Abdulla Şaiqin “Qoçpolad” əsəri əsasında hazırlanır.

Birinci tamaşa Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömərin, ikincisi isə teatrın quruluşçu rejissoru, Əməkdar Artist Adil Zeynalovun quruluşunda təqdim olunacaq.

“Qoçpolad” əsəri əsasən məktəblilər üçün nəzərdə tutulub. Hər iki tamaşada teatrın aktyorları -Xalq Artisti Qabil Quliyev, Əməkdar artistlər Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Zemfira Əhmədova, aktyorlar Əlibala Əsgərov, Miraslan Ağayev, Allahverən Babayev, Əbülfəz Ağayev, Niftulla Əsgərov, Qızılgül Quliyeva və başqaları rol alıb.

Yeni səhnə əsərlərinin teatrsevərlərlə görüşü oktyabrın ortalarına planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.