REGİONLAR


Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

A+ A

Lənkəran, 24 dekabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Danimarka yazıçısı Hans Kristian Andersenin “Qar kraliça” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub. 

AZƏRTAC xəbər verir ki, dostluq və məhəbbətdən, Xeyrin Şər üzərində qələbəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Tamaşada əsas rolları aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Təranə Əzizova, Səyad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və başqaları ifa ediblər.

Yeni səhnə əsəri məktəblilərin qış tətili günlərində də nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.