REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının aktyorları Milli Ordunun əsgərləri qarşısında çıxış ediblər

Lənkəran, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Milli Ordunun əsgərləri qarşısında çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, teatrın səhnəsində gənc əsgərlərə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olmasından bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rollarda Əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və başqaları çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.