REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub VİDEO

A+ A

Lənkəran, 4 iyul, Bağır Əliyev, AZƏRTAC

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonunda qastrol səfərində olub.

AZƏRTAC xəbər verir ki, Cəlilabadın mədəniyyət işçiləri və Xalq teatrının üzvləri ilə keçirilən görüşdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Xalq Artisti Qabil Quliyev və Əməkdar Artist Adil Zeynalov qonşu rayonun mədəniyyət işçilərinə hamilik etməyə hazır olduqlarını bildiriblər. Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov bu diqqət və qayğıya görə kollektivə minnətdarlıq edib.

Daha sonra Lənkəran teatrının truppası tərəfindən tədbir iştirakçılarına Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar İncəsənət Xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim olunub. Tamaşada əsas rolları Xalq Artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.