REGİONLAR


Lənkəran Dövlət Universitetində “Məzun günü” keçirilib

A+ A

Lənkəran, 5 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetinin (LDU) “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov ali təhsil ocağının məzunlarını əlamətdar gün münasibətilə təbrik edib. Ali təhsil ocağında 29 ixtisas üzrə 7 mindən çox tələbənin təhsil aldığını vurğulayan N.İbrahimov bu il universiteti magistratura üzrə 22, bakalavriat üzrə 440 məzunun bitirdiyini diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov LDU-nun təhsil və elm ocağı olmaqla yanaşı, bölgənin böyük mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıb.

Mərasimdə çıxış edən AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, aqrar elmləri doktoru, professor Fərman Quliyev, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov məzunlara ən xoş arzularını çatdırıblar.

Məzunlar adından Şəhla Adıgözəlova çıxış edərək doğma ali məktəbi və onlara dərs deyən müəllimləri unutmayacaqlarını, universitetin adına layiq fəaliyyət göstərəcəklərini bildirib.

Mərasimdə LDU-nu uğurla başa vuran, ali məktəbin ictimai həyatında fəal iştirak edən tələbələrin bir qrupuna diplom və fəxri fərmanlar verilib.

Sonda universitetin “Tələbə yaradıcılığı” qrupu üzvləri konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.