REGİONLAR
Lənkəran Dövlət Universitetində bayram şənliyi keçirilib
Lənkəran, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetinin (LDU) 1 nömrəli tədris korpusunda yeni istifadəyə verilmiş 100 nəfərlik tələbə yeməkxanasında bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən universitetin rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov LDU-nun müəllim və tələbə kollektivini əlamətdar bayramlar münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Mərasimdə ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edənlərin bir qrupuna fəxri-fərmanlar verilib, LDU-nun fakültələri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb.
Tədbirdə, həmçinin, birinci semestrin nəticələrinə görə fərqlənən tələbə və magistrlərə universitet təqaüdünün verilməsi haqqında rektorluğun əmri oxunub.
Bayram tədbiri universitet bədii özfəaliyyət kollektivinin çıxışları ilə davam edib.