REGİONLAR


Lənkəran Dram Teatrı yeni uşaq tamaşası hazırlayıb

Bakı, 10 iyul, AZƏRTAC

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və Şahzadə Pyer” tamaşasına daxili baxış keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, məktəb yaşlı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları aktyorlar Allahverən Babayev, Hikmət Cəfərov, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Cahangirova, Günel Abbaszadə, Ülkər Quliyeva, Nizami Qurbanov ifa ediblər.

Tamaşanın yeni teatr mövsümündə azyaşlı teatrsevərlərin ixtiyarına veriləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.