REGİONLAR
Lənkəran-Lerik avtomobil yolunda torpaq sürüşməsi baş verib
Lerik, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Son günlər cənub bölgəsinə yağan intensiv yağışlardan sonra Lerik rayonunda yenidən torpaq sürüşməsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun 27-ci kilometrliyində baş verib.
Dağlardan gələn lil-palçıq avtomobil yoluna tökülərək nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə, yol daralıb. 43 saylı Lerik Rayon Yol İstismarı Sahəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, hadisə yerinə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun yuxarı hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün yeni zolaq açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]