REGİONLAR


Lənkəran Peşə Liseyində Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol yarışı başa çatıb

Lənkəran, 10 may, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin Lənkəran Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş mini futbol yarışı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda 8 komanda iki qrupda qələbə uğrunda mübarizə aparıb. Hər qrupda ilk yerləri tutan komandalar finalda görüşüblər.

Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində keçirilən final oyununda “Qaynaqçı” və “Fermer” komandaları qarşılaşıblar. Daha inamlı oyun nümayiş etdirən “Fermer” rəqibinə 2:1 hesabı ilə qalib gələrək, yarışın qalibi olub.

Qalib komandanın üzvlərinə fəxri fərmanlar, kubok və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.