REGİONLAR


Lənkəran: Plantasiyalardan bu il 302 ton yaşıl çay yarpağı yığılıb

Lənkəran, 27 dekabr, Bağır Əliyev, AZƏRTAC

Son illər ölkəmizdə dövlətin dəstəyi ilə kənd təsərrüfatının, o cümlədən çayçılığın yenidən dirçəldilməsi üçün müəyyən tədbirlər görülür. Bu məqsədlə Lənkəranda yeni çay plantasiyaları salınır.

AZƏRTAC xəbər verir ki, hazırda rayonda çay plantasiyalarının sahəsi 566 hektardır. Bunun 454,4 hektarı fermerlər və məhsul istehsalçıları tərəfindən yeni salınmış çay sahələridir.

Cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün böyük əmək sərf edən kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyevin sözlərinə görə, keçmiş SSRİ dövründə Lənkəran Azərbaycanı 70 faiz çayla təmin edib.

Qeyd edək ki, bu il Lənkəranın çay plantasiyalarından 302 ton yaşıl çay yarpağı toplanıb. Bu, ötən illə müqayisədə 3 dəfə çoxdur.

Dövlət başçısının tapşırığına əsasən, rayonda 1000 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub.

Görülən işlər deməyə əsas verir ki, Lənkəranda çayçılığın əvvəlki şöhrətinin qaytarılacağı gün çox da uzaqda deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.