REGİONLAR


Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası ilin sonunadək istifadəyə veriləcək

A+ A

Lənkəran, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin iyun ayında istismar müddətini başa vurmuş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası üçün yeni binanin tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, 0,8 hektar ərazidə inşasına başlanılan 100 çarpayılıq xəstəxana binası üç mərtəbədən ibarət olacaq.

Binanın birinci mərtəbəsində qəbul otaqları, aptek, ambulatoriya, laboratoriya, ikinci və üçüncü mərtəbələrdə isə stasionar şöbə fəaliyyət göstərəcək.

Tibb müəssisəsi Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonları sakinlərinə xidmət edəcək. Xəstəxanının iki korpusdan ibarət olan əsas binasında son tamamlama işləri aparılır. Ərazidə köməkçi tikililər demək olar ki, yekunlaşıb. Hazırda binanın daxilində ağartma, kafel, metlax işləri görülür.

Tibb ocağının həyətində yaşıllıq zolağı, park və istirahət guşəsi salınacaq.

Səhiyyə müəssisəsinin yeni binasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.