ELM VƏ TƏHSİL
Lənkəran Regional Elmi Mərkəzində dörd yeni çay sortu hazırlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) çay bitkisinin sort və formalarının toplanılması, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması istiqamətində araşdırmalar aparılır.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu tədqiqatlar çərçivəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialında LREM-in direktoru, professor Fərman Quliyevin müəllifi olduğu “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” çay sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib.
Gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına imkan yaradacaq.