MƏDƏNİYYƏT


Lənkəran Şəhər İcra Hakimiyyəti arxivə 130-dan çox sənəd təhvil verib

Bakı, 21 iyul, AZƏRTAC

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino–Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 135 fotosənəd, bir kinosənəd təhvil verilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, kino və fotosənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini, Şəhər İcra Hakimiyyətinin fəaliyyətini, Prezident İlham Əliyevin Lənkərana səfərlərini, rayondakı dövlət orqanlarının və təşkilatlarının fəaliyyətini, o cümlədən son illər bərpa olunmuş çay plantasiyalarını, sitrus bağlarını, yeni istifadəyə verilmiş hava limanını, meyvə-tərəvəz kombinatını, Heydər Əliyev xatirə parkını, yeni tikilmiş yaşayış binalarını, uşaq evlərini, məktəbləri, əsaslı təmir olunmuş mərkəzi xəstəxananın binasını, Lənkəran Dövlət Universitetinin yeni tikilmiş tədris–istehsalat korpuslarını, Lənkəran Regional Diaqnostik Mərkəzi, dəmir yol vağzalını, yenidən qurulmuş avtomobil yollarını, məhkəmə binasını, turizm obyektlərini, otelləri, parkları, tarix–diyarşünaslıq muzeyinin əsaslı təmir olunmuş binasını, Həzi Aslanov parkının yenidən qurulmasını əks etdirir.

Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.