REGİONLAR
Lənkəran Teatrı beynəlxalq festivala dəvət alıb
Lənkəran, 1 fevral, AZƏRTAC
Yanvarın 20-dən 31-dək İran İslam Respublikasının paytaxtı Tehranda XXXV Beynəlxalq Fəcr Teatr Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qonaq qismində iştirak edib.
Festivalın İranın mədəni həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov Tehranda olduğu müddətdə bir sıra görüşlər keçirdiyini söyləyib. O, Yaponiya, Türkiyə, Almaniya və İran teatrlarının tamaşalarını izlədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Tehranda olduğu müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib. Belə ki, Lənkəran Dövlət Dram Teatrı iyul ayında Tehranda keçiriləcək “Adət və Ənənə” Beynəlxalq Festivalına dəvət olunub.
İranın Ərdəbil şəhərindəki teatr truppasının rəhbəri Lətif Kərimi ilə də danışıqların səmərəli olduğunu bildirən T.Heydərov iyun-iyul aylarında Lənkəran Dövlət Dram Teatrının qastrol tamaşalarının oynanılmasına dair razılıq əldə edildiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]