CƏMİYYƏT


Lənkəran rayonunda 8 söyüdü qanunsuz olaraq kəsən şəxs cərimələnib

Bakı, 11 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində diametri 24-40 santimetr olan yaşköküstə səkkiz söyüd ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Lənkəran Şəhər Prokurorluğuna göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.