MƏDƏNİYYƏT


Lənkəran teatrı yeni teatr mövsümünü “Əsrlərin harayı” tamaşası ilə açacaq

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə sentyabrın 23-də start verəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə yeni mövsümü açıq elan edəcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq səhnə əsəri dövlətçilik tariximizdən, yurd sevgisindən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Tamaşada əsas rolları teatrın aktyorları - Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və Rauf Zeynalov ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.