REGİONLAR


Lənkəran yay turizm mövsümünə tam hazırdır

Lənkəran, 6 iyun, Bağır Əliyev, AZƏRTAC

Geniş turizm imkanlarına malik olan Lənkəran rayonunun əsrarəngiz təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri, folkloru rayona gələn turistlər üçün çox maraqlıdır.

AZƏRTAC xəbər verir ki, ölkəmizə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri də Lənkərandır. Turistləri bura cəlb edən vacib amillər isə Lənkəranın dəniz, dağ və meşə ilə əhatə olunmasıdır. Son illər rayona gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, rayonun turizm və istirahət mərkəzləri yay turizm mövsümünə tam hazırdır. Bu ilin beş ayında Lənkərana 5000-dən çox turist gəlib. Onların 700 nəfəri xarici turistlərdir.

Rayonda turizmlə bağlı kompleks işlər həyata keçirilir. Yay fəslində Lənkəranda 3 yeni çimərliyinin yaradılması nəzərdə tutulub.

Turistlərin ildən-ilə artan statistikası onu deməyə əsas verir ki, Lənkəran turizm üçün perspektivli məkandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.