REGİONLAR


Lənkərana gələn turistlərin sayı 20 faiz artıb

A+ A

Lənkəran, 16 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda turizm infrastrukturunun müasir səviyyədə olması, turistlərə göstərilən xidmətin səviyyəsi bu səfalı məkana üz tutan turistlərin sayının artmasına səbəb olub. Bu artım yerli turistlərlə yanaşı, xarici turistlərin sayında da müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, ötən illə müqayisədə bu il Lənkərana gələn turistlərin sayında 20 faiz artım qeydə alınıb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, xarici turistlərin arasında Rusiya və İrandan olan turistlər üstünlük təşkil edir.

Bu il turistlər istirahət üçün Lənkəranı seçməsinin səbəblərindən biri də bu sahədə aparılan təbliğat işləridir.

İlqar Əzimovun sözlərinə görə, turizmlə bağlı beynəlxalq və respublika səviyyəli tədbirlərdə turizm sektorunda çalışanların iştirakı öz müsbət nəticəsini verib. Həmin tədbirlərdə turistlər üçün hazırlanmış Lənkəranla bağlı müxtəlif məzmunlu bukletlər, posterlər və digər çap materiallarının təbliği rayona turist axınına səbəb olub.

Növbəti aylarda Lənkərana gələn turistlərin sayının daha da artacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.