REGİONLAR


Lənkəranda 20 sürücü barədə inzibati qaydada cəza tədbirləri görülüb

Lənkəran, 11 avqust, Bağır Əliyev, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Təmiz hava aylığı” çərçivəsində Lənkəranda da nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.

AZƏRTAC xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazının tərkibində olan zərərli maddələrlə çirklənməsinin qarşısını almaq üçün nəzarəti gücləndirməkdir.

Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı havaya buraxılan dəm qazı normadan artıq olan 20-yə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində inzibati qaydada cəza tədbirləri görülüb.

“Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.