REGİONLAR


Lənkəranda Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq qapı” günü keçirilib

Lənkəran, 18 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin kollektivi Ulu Öndərin adını daşıyan memorial muzeydə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü keçirib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində memorial muzeyə rayon sakinlərinin, məktəblilərin ekskursiyaları təşkil olunub.

Mərkəzin direktoru Reyhanə Sadıqova ziyarətçilərə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinə diqqət və qayğısından danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

“Açıq qapı” günün iştirakçıları üçün “Muzeylər sərvətimizdir” mövzusunda məruzə oxunub, videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.