CƏMİYYƏT


Lənkəranda Hirkan Milli Parkına yaxın ərazidə yanğın olub

Bakı, 13 yanvar, AZƏRTAC

Lənkəran rayonu Biləsər icra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə ötən gün yanğın hadisəsi baş verib.

Yanğın baş verən əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddətdə yanğın tam lokallaşdırılaraq söndürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.

Hazırda yanğın baş vermiş əraziyə milli parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.