REGİONLAR


Lənkəranda “KamAZ” ilə minik avtomobili toqquşub

A+ A

Lənkəran, 30 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 30-da Ələt-Astara magistral yolunun 202-ci kilometrliyində, Lənkəran rayonunun Şilavar kəndində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Bakının Qaradağ rayon sakini İlham Dəmirovun idarə etdiyi “KamAZ” markalı, 90 BE 061 dövlət nömrə nişanlı yük maşını Lerik rayonunun Piran kənd sakini Əlimərdan Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BJ 253 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən minik avtomobilinin sürücüsü də daxil olmaqla, 4 sərnişin - Lerik rayonunun Bobla kənd sakinləri Həqiqət Quliyeva, Vilayət Hüseynov, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq “VAZ 2107”-nin sürücüsü Əlimərdan Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə sabitdir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.