REGİONLAR


Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsinə həsr olunmuş respublika turniri keçirilir

A+ A

Lənkəran, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin xatirəsinə həsr olunmuş layt-kontakt döyüş növləri üzrə respublika turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışda 20-yə yaxın şəhər və rayondan 250 idmançı dörd yaş qrupu üzrə mübarizə aparır.

Əvvəlcə idmançılar Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyan turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.