REGİONLAR


Lənkəranda “Multikulturalizm ili” çərçivəsində sənətkarlıq və kitab sərgisi təşkil olunub

A+ A

Lənkəran, 12 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 12-də Lənkəran Turizm İnformasiya Mərkəzi və mərkəzi kitabxananın təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov, rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Nuranə Nəsirova ölkəmizdə multikultural dəyərlərin, eləcə də turizmin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.

Tədbir çərçivəsində yerli sənətkarların əl işlərinin nümunələrinin və multikulturalizmə, adət-ənənələrimizə, diyarşünaslığa həsr olunmuş kitab sərgisi təşkil olunub, Lənkəranın turizm potensialını təbliğ edən çap məhsulları və reklam çarxı nümayiş etdirilib.

Mərkəzi kitabxananın foyesində təşkil olunmuş sənətkarlıq sərgisi iki həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.