REGİONLAR
Lənkəranda “Nar”ın növbəti satış və xidmət mərkəzi açılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Nar” növbəti satış və xidmət mərkəzini cənub bölgəsində - Lənkəranda açıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Həzi Aslanov küçəsi 27 ünvanında istifadəyə verilən yeni mərkəz Lənkəran şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.
Açılış zamanı mobil operatorun ən sərfəli tarif və kampaniyaları, o cümlədən yeni “Ailəm” paketi barədə geniş məlumat verilib.
Qeyd edək ki, 4 nömrənin daxil olduğu “Ailəm” paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanı yaradır.
Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda “Nar” diler dükanları fəaliyyət göstərir.