REGİONLAR


Lənkəranda ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb [YENİLƏNİB] VİDEO

A+ A

Lənkəran, 10 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BU 831 dövlət nömrə nişanlı minik avtomobili rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi “Mercedes” markalı, 99 EA 802 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunub.

Xilasedicilər xüsusi alətlərin köməyi ilə “VAZ-2106” markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, eləcə də bir nəfər yaralını, “Mercedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Qiyas oğlu Quliyev, sürücünün həyat yoldaşı Əzizə Ağadadaş qızı Quliyeva, Boladi kənd sakinləri Bahar İmran qızı Bağırova və Nazilə Hacıbala qızı Seyfullayeva dünyasını dəyişiblər.

“Mersedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Zeynal oğlu Aslanov, Elman Balazər oğlu Ağazadə, Akif Əbülhəsən oğlu Nuriyev, Murad Orucəli oğlu Cəfərli, Elvin Həmzə oğlu Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Fərhad qızı Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, yaralılardan biri - Reyhan Fərhad qızı Mahmudova həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

10:25

Lənkəran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq avtomobillərdə sıxılmış vəziyyətdə qalmış dörd cəsədi və iki xəsarət almış şəxsi çıxarıblar.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.