ELM VƏ TƏHSİL


Lənkəranda akademik Həsən Əliyevin 110 illiyi qeyd olunacaq

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 16-17-də Lənkəran şəhərində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyəti tərəfindən təşkil olunacaq.

Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları, çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, zəlzələlərin torpağa ekoloji təsiri, torpaq-bitki örtüyünün səth sularının formalaşmasında rolu, turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan qaldırılması yolları və s. mövzularda təqdimatlar olacaq.

Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinləniləcək, qərar layihəsi qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.