REGİONLAR


Lənkəranda bayram yarmarkası açılıb

A+ A

Lənkəran, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 28-də Lənkəran şəhərindəki dəmiryol vağzalı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar satış-yarmarkası açılıb.

AZƏRTAC xəbər verir ki, yarmarkanın keçirilməsində məqsəd bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaqdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkaya 450 tondan çox müxtəlif adda kənd təsərrüfatı və yeyinti məhsulları çıxarılıb. Məhsulların qiyməti bazardakından 25-30 faiz ucuzdur.

Bayram yarmarkasında Lənkəranda fəaliyyət göstərən 35-dən çox yerli, eləcə də Bakı şəhərindən olan istehsal müəssisələri və şirkətlər iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.