REGİONLAR
Lənkəranda bayram yarmarkasında 450 tondan çox kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarılıb
Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Novruz bayramı ərəfəsində Lənkəran şəhərindəki dəmir yolu vağzalının qarşısındakı meydanda təşkil olunmuş yarmarkada satışa 450 tondan çox kənd təsərrüfatı və ərzaq məhsulları çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz yarmarkasına Lənkərаn və ətrаf rаyоnlаrdа, həmçinin Bаkı şəhərində fəаliyyət göstərən 30 firmа və şirkət tərəfindən alıcılara müxtəlif növ ərzaq, meyvə-tərəvəz və şirniyyat məhsulları bazar qiymətlərindən 25-30 faiz aşağı təklif olunub.
Bazarda süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil olunmuş yarmarkaya Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti aparatının məsul işçiləri baş çəkərək, satışa çıxarılan məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.